"Arsenal" Unay Emerini istefaya göndərib

Baxış sayı:
7441

İngiltərənin "Arsenal" klubu baş məşqçisi Unay Emerini istefaya göndərib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə uğursuz çıxışlara görə yollar ayrılıb.

Qeyd edək ki, Unay Emeri 2018-ci ildən "Arsenal"a rəhbərlik edib. London təmsilçisi bu il Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4.