Arsenal Bakıda uduzunca Məsud Özili hədəfə gətirdilər

Baxış sayı:
8176

Bakıda Çelsiyə UEFA Avropa Liqasının finalında 4-1 məğlub olaraq kuboku itirən “Arsenal”ın keçmiş kapitanı və əfsanəsi Martın Keown ilə İspan futbolçu Cesc Fabregas finalda təsirli ola bilməyən Məsud Özili ittiham edib.
 
4-1-lik məğlubiyyətin səbəbi soruşulan Keown, "Çelsidə Hazard vardı, Arsenalda isə Məsud Özil. Matçın yarısında Məsud Özilin adını heç eşitmədim, sahədə görə bilmədim. Rəqib meydançalarında heç oynaya bilmir. Lacazettə və Aubameyanga vəziyyətlər hazırlaması lazım idi. Digər tərəfdə Hazardın işini necə etdiyini gördünüz. Məsud Özilin isə mövqe ala biləcək oyunçularla oynaması lazımdır. Bu səbəblə matçın içinə heç girə bilmədi" cavabını verib.
 
FABREGAS: "MƏSUDDA LİDERLİK XÜSUSİYYƏTİ YOXDUR"
 
Karyarasında “Arsenal” və “Çelsi” formaları geymiş, bu anda Monako-da oynayan ispan futbolçu Cesc Fabregas isə Məsud üçün; "Arsenalın lideri yoxdur. Çelsidə Hazardın təsirini görürsünüz. Məsud Özil əsla Arsenalın lideri ola bilməz. Onun lider olmaq istədiyini də sanmıram. Liderlik xüsusiyyətlərinə sahib olduğunu da düşünmürəm" deyib.
Müxalifət.az