Arif Hacılı sərbəst buraxıldı - Yenilənib

Baxış sayı:
8812

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Muxlifet.az xəbər verir ki, bu barədə "Facebook"da partiya sədri özü məlumat verib.

***

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə partiya açıqlama yayıb. Məlumata görə, Arif Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə aparılıb. Xatırladaq ki, bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirmək istəyirdi.