Amerikan jurnalından Trampa şok: “Prezidenti vəzifədən götürün”

Baxış sayı:
6160

 ABŞ-ın aparıcı jurnallarından “The Atlantik” yeni sayının üz qabığında ABŞ prezidenti Donald Trampın vəzifədən alınması çağırışı edib.
 
Jurnalın mart ayı üçün hazırlanan sayının üz qapağında ingilis dilində vəzifədən almaq mənasına gələn qırmızı rəngdə böyük hərflərlə “İMPEACH” kəlməsi yer alıb.
Jurnalın üz qabığındakı alt başlıqda isə “Konqresin prezidentin xidmət etmə səlahiyyətini mühakimə etmə zamanı gəldi” deyə qeyd edilib.

Müxalifət.az