​Alman mətbuatından ŞOK: "ƏRDOĞANIN QARŞISINDA DİZ ÇÖKÜRÜK"

Baxış sayı:
3331

 
Alman mətbuatı Ərdoğanın səfəri barəsində müzakirələrə başlayıb.
 
Hurriyyet.org xəbər verir ki, Almaniyanın məşhur qəzetlərindən olan “Bild” Türkiyə prezidenti R.T.Ərdoğanın mümkün səfərini Almaniyanın diz çökməsi kimi qiymətləndirib. Məqalənin adı da belədir: “Almaniya Ərdoğanın qarşısında diz çökəcəkmi?”
 
Prezident Ərdoğanın sentyabr ayında Almaniyaya səfər edəcəyi və baş nazir Angela Merkel ilə görüşəcəyi xəbəri alman mətbuatında işıqlandırılıb.
 
Hələlik dəqiqləşdiriməyən səfər barəsində müzakirələr alman mətbuatında da geniş yer alıb.
 
Almanlar narahatdırlar
 
“Bild” qəzetində dərc edilən yazıda deyilir: “Berlin bu cür bir qalmaqaldan qaçacaqdır, xüsusilə də milli komandanın futbolçusu Mesut Özilin irqçilik ittihamlarından sonra”.