AKADEMİK İNTİHAR ETMƏYƏ HAZIRLAŞIR? – Sensasion iddia

Baxış sayı:
2041

Deyir ki, ona qarşı ədalətsizlik olub...

Çox ciddi məsələdir və şəffaf araşdırmaya yatımlıdır.
Elmin təntənəli surətdə dəfn olunduğu məkanda - AMEA-da indi də qəbirqazanların, dəfn iştirakçılarının, deyəsən, akademik intiharlar mərhələsi başlayır.
Xəbərə görə, AMEA-nın institut direktoru, akademik Vaqif Abbasov intihar etməyə hazırlaşır. Elmin "keşiyində duran" cənabi-möhtərəm ona qara yaxıldığını iddia edir. O, Heydər Hüseynovdan sonra akdemiya tarixində intihar edən ikinci şəxs olacağının anonsunu da verib. Bərəkallah!
PS. Eeeh, akademiya... Yeyintilər, milyonlarla dövlət vəsaitinin mənimsənildiyi zəzərçəkmiş məkan; haramgirliklər, saxtakarlıqlar, yolsuzluqlar, ədalətsizliyin tüğyanı, mənəvi böhranın qaynağı...
PPS. Bir salavat da deyək elmi şikəst edib diplomların, dərəcələrin, titulların, vəzifələrin belinə minən, saxtakarlığı körükləyib nüfuz və mülk sahibinə çevrilən, alim adı altında ölkəni yaman günə qoyan vecsizlərin ərvahına... əl-Fatihə məassalavat!
İdris ABBASOV,
Professor