ABŞ SEPAH-ı terror təşkilatı elan edəcək!

Baxış sayı:
7924

 ABŞ mərkəzli “Wall Street Journal” (WSJ) qəzeti Donald Tramp hökumətinin İrandakı İnqilab Mühafizəçiləri Komandanlığını xarici terror təşkilatı kimi təqdim edəcəyini bildirib.
 
“WSJ”-nin verdiyi xəbərə görə, ABŞ rəhbərliyi 8 apreldə İran Silahlı Qüvvələrinə bağlı quru, hava, dəniz və raket qüvvələrinə malik böyük bir ordu olan İran İnqilab Mühafizəçilərini xarici terror təşkilatları siyahısına daxil edəcək.
İddia “Reuters”-ə məlumat verən üç müxtəlif mənbədən təsdiqlənib.
Ağ Ev belə bir addım atdığı təqdirdə, ilk dəfə bir ölkənin ordusu terror təşkilatı kimi səciyyələndirilmiş olacaq.
Müxalifət.az