ABŞ Senatı Rusiyanın "terrorun sponsoru" olduğunu tanıyan sənədi dəstəklədi

Baxış sayı:
3226

 
ABŞ Senatın Xarici Əlaqələr Komitəsi ABŞ dövlət katibi Mayk Pompeonu Rusiyanın terrorizmə dəstək verən bir ölkə olub olmadığını düşünməyə məcbur edən qanun layihəsini dəstəkləyib.
Muxalifet.az bu barədə RBK-ya istinadən xəbər verir.
Bu, "Terrorizm sahəsində Rusiyanın zərərli fəaliyyətlərinin qarşısının alınması haqqında"  sənəddir (Rusiya Terrorizm Qanunundan zərərli fəaliyyətlərin dayandırılması). Qanun layihəsinin müəllifi Kolorado ştatının senatoru Korey Qardnerdi. Qanun layihəsi "dövlət katibinə Rusiya Federasiyasının terrorizmin sponsoru olan bir ölkə sayılmalı olub-olmadığını və Rusiyanın Ukraynada xarici terror təşkilatları tərəfindən maliyyələşdirilən silahlı dəstələri elan edib- etməməsini müəyyənləşdirməyi tapşırır."
"Bu Qanunun qüvvəyə mindiyi gündən 90 gündən gec olmayaraq, Dövlət Katibi Rusiya Federasiyasının terrorizmin dövlət sponsoru kimi tanınması meyarlarına cavab verib-verməməsinə dair müvafiq konqres komitələrinə rəy verməlidir"- sənədin mətnində deyilir.
Sənəd indi Senatda, sonra Nümayəndələr Palatasında təsdiqlənməsini gözləyir. Konqresin hər iki palatasında qəbul olunarsa, sənəd imzalanmaq üçün ABŞ prezidenti Donald Trampa göndəriləcəkdir. Əgər Rusiya qəbul olunmuş qanunvericilik aktından irəli gələn təlabata uyğun olaraq ABŞ Dövlət Departamenti tərəfindən terrorizmi maliyyələşdirən dövlət kimi tanınarsa bu postsovet məkanında yeni proseslər və münasibətlər yaradacaq. Çünki, Rusiya terrorizmi maliyyələşdirən ölkə kimi tanınsa bu ölkə ilə istəilən əlaqə sanksiyalara məruz qalma təhlükəsi yaradacaq.
Muxalifet.az