ABŞ Lavrova "sərt xəbərdarlıq" etdi

Baxış sayı:
7705

ABŞ prezidenti Donald Tramp Rusiyanın XİN naziri Lavrova ABŞ seçkilərinə müdaxilə cəhdləri ilə bağlı xəbərdarlıq edib və Rusiyanı Ukraynanın şərqindəki münaqişəni həll etməyə çağırıb. Muxalifet.az bu barədə "Azadlıq.org"-a istinadla xəbər verir. Dekabrın 10-da Ağ Evdə keçirilən bu görüşdə Tramp habelə Çinin də daxil olacağı "silahlara qlobal nəzarət" tərəfdarı olduğunu deyib. Tramp görüş zamanı Rusiyanı İranın nüvə silahı əldə etməsinə mane olmağa və Şimali Koreyanın nüvəsizləşdirilməsinə kömək etməyə çağırıb. Lavrovun Vaşinqtona bu səfərindən bir gün əvvəl Parisdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin sammiti keçirilib. Dekabrın 10-da isə ABŞ-ın dövlət katibi Pompeo da Sergey Lavrovla görüşüb. İki nazir beynəlxalq və ikitərəfli münasibətlərlə bağlı geniş müzakirə aparıblar. ABŞ kəşfiyyatı Rusiyanı 2016-cı ilin prezident seçkilərinə müdaxilədə ittiham edib. Görüşdə Lavrov deyib ki, onun ölkəsi ABŞ seçkisinə müdaxilə etməyib və Moskva Vaşinqtonla 2016-cı ilin oktyabrından 2017-ci ilin noyabrınadək olan müddətdə "məxfi kanalın" məlumatlarını dərc etməyə hazırdır. Pompeo Lavrovun təklifini rədd edib və deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini sübut edəcək kifayət qədər dəlillər var. Bununla yanaşı Pompeo ümid etdiyini bildirib ki, iki ölkə arasında münasibətlər yaxşılaşa bilər. Həmçinin, o, Rusiyanı Venesuela lideri Nicolas Maduronu dəstəkləməkdən çəkinməyə çağırıb. Pompeo əlavə olaraq bildirib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı Ukrayna ərazisi hesab edir. Lavrov görüş zamanı iki ölkə arasındakı hazırki vəziyyəti ötən əsrin 50-ci illəri ilə müqaisə eddərək deyib ki, Makkartizm adlanan həmin dövrdə Amerikada kommunizmə qarşı qaraqışqırıq vardı və belə ab-havada münasibətlərin normallaşması çətindir. Muxalifet.az