ABŞ konqresmeni Kinzinger: "Gürcüstan Rusiya deyil və gürcü xalqı..."

Baxış sayı:
7234

ABŞ Konqresindəki Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger, Gürcüstandakı hadisələrə reaksiya verib. O, Gürcüstan parlamentinin proporsional sistemə keçidlə bağlı vəd edilmiş islahatı yerinə yetirməməsi qərarından gileylənb.
Muxalifet.az 
bu barədə "aspny.ge" saytına istinadla xəbər verir.

“Ötən həftə ölkədə olanda qaçılmaz olan islahatlar paketindən məmnun oldum. Bu öhdəlik həm beynəlxalq ictimaiyyət, həm də ən əsası gürcü xalqı qarşısında götürülüb. Ümid edirəm ki, bu vəziyyət tezliklə düzəldiləcək "dedi Kinzinger.
Onun sözlərinə görə, gürcü xalqı parlamentin son baş verənlərlə göstərdiklərindən daha çox şeyə layiqdir.
"Gürcüstan Rusiya deyil və gürcü xalqı onun parlamentinin bugün göstərdiyindən daha çox şeyə layiqdir. Gürcüstan rəsmilərini bu vacib islahat paketi üzərində işi dərhal davam etdirməyə çağırıram. Gürcüstan hökumətinin Qərbin böyük müttəfiqi olmasını istəyirik. Bu konstitusiya dəyişikliklərinin uğursuzluğu Vladimir Putin üçün ən böyük hədiyyə olacaq və Gürcüstanın Rusiyanın təcavüzkar siyasətindən qurtulmaq üçün əldə etdiyi irəliləyişi məhv edəcək ", deyə konqresmen bildirib.
Muxalifet.az