​ABŞ GENERALINDAN SENSASİON MÜRACİƏT - “Gəlin, NATO-nun müdaxiləsinin başladığını elan edək”

Baxış sayı:
1902

“NATO-nun birbaşa müdaxiləsi olmadan Ukraynada müharibəni dayandırmaq mümkün olmayacaq”.
“Amerikanın səsi” xəbər verir ki, bu barədə Şimal Alyansının Avropadakı qüvvələrinin keçmiş komandanı Uesli Klark bildirib.
“Baş katib Yens Stoltenberqin hazırda müdafiə etdiyi və Alyansın digər üzvləri arasında dəstək tapan - NATO-nun birbaşa hücuma məruz qalmadığı təqdirdə aktiv şəkildə müdaxilə edə bilməyəcəyi fikri 90-cı illərdə qaldı. Dərsləri öyrənmək vaxtıdır. NATO müdaxilə etməlidir. Gəlin bunu rəsmən etiraf edək və ruslara atəşi dayandırmağı əmr edək”, - Klark bildirib.
ABŞ ordusunun istefada olan generalının sözlərinə görə, Alyans ya təsdiqlənmiş çərçivədən kənara çıxmalı, ya da fəaliyyətini dayandırmalıdır.
“90-cı illərdə Birləşmiş Ştatlar NATO qüvvələrinin və 25.000 Amerika əsgərinin Yuqoslaviyaya daxil olması haqda bir plan hazırlamışdı. Biz ingilislərə, fransızlara, almanlara, ruslara, türklərə müraciət etdik. Onlar bunu qəbul etdilər. Biz müharibəni dayandırdıq. Öyrəndiyimiz dərslərə qayıtmağın vaxtıdır: gəlin, NATO-nun müdaxiləsinin başladığını elan edək”, - Klark bildirib./Qafqaz.media