ABŞ-dan Türk tanklarına “Groznu” tələsi

Baxış sayı:
8443

Suriyadan əsgərlərini çəkəcəyini açıqlayan ABŞ-ın qaranlıq və dərin üzünün pullu əsgərlər və YPG-li terrorçularla Münbiçə girəcək Türk tanklarına tələ hazırladığı öyrənilib. Bölgə qaynaqlarından əldə etdiyi məlumata görə, çəkilmə əleyhdarı olan ABŞ qüvvələri xüsusi olaraq öyrətdiyi YPG-li terrorçulara və pullu əsgərlərə çox sayda inkişaf etmiş Javelin və Tow antitank raket sistemləri verib. Məqsəd isə Türk Ordusuna Rus Ordusunun 1995-ci ildə Cövhər Dudayev liderliyindəki Çeçenistanın paytaxtı Qroznıda onlarla tankını bir gündə itirdiyi məğlubiyyətə bənzər bir məğlubiyyət yaşatmaqdır. Digər tərəfdən, Türk xüsusi xidmət orqanlarının Türk tankları üçün hazırlanmış anti-tank raket sistemlərinin ələ keçirilməsi üçün ciddi araşdırmalar apardığı bildirilib. İndi xüsusi kəşfiyyat birlikləri Türk Ordusuna qarşı təlim keçən terrorçuları və antitank raketləri olan anbarları axtarırlar. Münbiçə aparılacaq əməliyyatın məhz buna görə təxirə salındığı bildirilib. Müxalifət.az