ABŞ-da daha bir senator “erməni soyqırımı” qətnaməsini blokladı

Baxış sayı:
6351

ABŞ-ın daha bir senatoru “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Senatında noyabrın 21-də qətnaməyə səs verilməsi planlaşdırılırdı. Lakin Corciya ştatından olan respublikaçı senator Devid Perdyu qətnaməyə veto qoyub.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrema da layihəni bloklamışdı. ABŞ Konstitusiyası istənilən senatora istənilən qətnamə üzrə səsverməni bloklamağa imkan verir.

Xatırladaq ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma soyqırımla bağlı qətnamə qəbul edib. Həmin sənəd tam təsdiqlənməsi üçün Konqresin hər iki palatasında qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündən sonra mətbuat konfransında bildirmişdi ki, Nümayəndələr Palatası tərəfindən bu qətnamənin qəbul edilməsi iki ölkə arasında ikitərəfli münasibətlərə kölgə sala bilər.

L.Qrem Türkiyə Prezidenti ilə görüşdən sonra Senatda qətnamənin qəbul edilməsinin əleyhinə çıxıb və bəyan edib ki, senatorlar tarixi yenidən yazmağa çalışmamalıdırlar.

Qalmaqala səbəb olan sənədin müəllifi ermənipərəst senator Robert Menendezdir.