ABRAMOVİÇİN KARİB ADALARINDA 90 MİLYONLUQ MÜLKÜ AŞKAR EDİLDİ… - “Forbes” rus milyarderin həmin mülkü sanksiyadan yayındırdığını bildirir…

Karib dənizinin Sent-Bart adasında rusiyalı milyarder Roman Abramoviçin sanksiyalara məruz qalmayan əmlakı aşkarlanıb.
Qafqaz.media bu barədə “Forbes”ə istinadən xəbəb verir.
İddia olunur ki, 2009-cu ildə Roman Abramoviç adada 28 hektarlıq mülk üçün 90 milyon dollar ödəyib.
Xatırladaq ki, milyarder aprel ayında sanksiyaya məruz qalan digər rus milyarderlərlə yanaşı, Abramoviçin də əmlakları müsadirə edilib, bank hesabları dondurulub.
Sanksiyaya məruz qalan mülklərinin siyahısına Abramoviçin Fransız Rivierasındakı qəsri də daxildir.
İndi isə məlum olur ki, rusiyalı milyarderin Sent-Bart adasında əvvəllər məlum olmayan daha bir daşınmaz əmlakı var. Bu mülk Qustaviyanın (adadakı şəhər) mərkəzində, dəbdəbəli sahildən bir daş atım məsafəsində, yarı təmir edilmiş binadır. Abramoviçin sözçüsü bununla bağlı sorğulara cavab verməyib.
Bu mülkün Abramoviçlə bağlı olması yerli sakinlər üçün böyük sirr deyil. Yerli iş adamlarından biri binanın Abramoviçə məxsus olduğunu “hamı bilir” deyə təsdiqləyib.
Fevral ayında inşaatçılar onu, eləcə də Abramoviçin su kənarındakı evini təmir ediblər. Lakin ada sakinlərindən birinin “Forbes”-ə dediyinə görə, Rusiyanın Ukraynaya hücumunun başlaması ilə ekipajlar tikinti kranlarını sökərək, hər iki sahəni tərk ediblər. Bir sıra digər yerli mənbələr də bunu təsdiqləyib.
“Forbes” xatırladır ki, Roman Abramoviçin Sent Bartla uzun bir tarixi var. Onun keçmiş yaxtası “Le Grand Bleu” 2005-ci ildə Qustaviyadakı estakadada çəkilib. 2009-cu ildə onun Qustaviyada keçirdiyi ilk Yeni il gecəsinə 5 milyon dollar xərclədiyi bildirilir və o vaxtdan şənliklər adada illik tədbirə çevrilir: “O, yerli əhalinin sevgisini qazandı: Abramoviç yerli duzlu su hövzəsinin bərpasını maliyyələşdirdi və iki dəfə yerli idman kompleksinin təmiri üçün pul ödədi”.
Parisdəki Siyasi Tədqiqatlar İnstitutunun sosiologiya kafedrasının dosenti Bruno Kuzan Sent-Bartsın varlı sakinləri haqqında yazaraq, “Abramoviç kimi insanlar o qədər zəngindirlər ki, onların adada olması iqtisadiyyata təsir edir. Ada sakinləri belə insanlarla əlaqələr qurmağa çalışır”, - deyir.
Muxalifet.az