56 yaşlı qadın özünü asdı - Azərbaycanda

Baxış sayı:
3679

Sabirabadda 56 yaşlı qadın intihar edib.
Muxalifet.az
xəbər verir ki, hadisə rayonun Surra kəndində baş verib.
Belə ki, Surra kənd sakini, 1963-cü il təvəllüdlü Zeynalova Yeganə Əlibala qızı özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Qeyd edək ki, Y.Zeynalova əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo