4 turist öldü, ölkədə həyəcan siqnalı verildi

Baxış sayı:
2050

Tacikistanda dünən bir avtomobilin 7 velosipedli turisti əzməsi nəticəsində 4 nəfər həyatını itirib. Tacikistan Daxili İşlər Nazirliyi terror da daxil bütün ehtimallar nəzərə alınmaqla, hadisənin araşdırıldığını açıqlayıb.
 
Tacikistanın cənubundakı Dangaharda dünən meydana gələn hadisədə 7 velosipedli turisti bir avtomobil vurub. Hadisədə 4 velosipedli həyatını itirərkən, 3 velosipedli də yaralanıb. Həlak olanların ikisinin ABŞ vətəndaşı olduğu qeyd edilib. Hadisə ilə bağlı bir nəfər həbs edilib. Tacikistan Daxili İşlər Nazirliyi terror da daxil, hadisənin bütün ehtimalları nəzərə alınmaqla araşdırıldığını açıqlayıb.
Müxalifət.az