31 MİN HƏRBÇİ, 1367 TANK, 210 TƏYYARƏ, 75 HELİKOPTER... - Rusiyanın itkiləri haqda son açıqlama...
3-06-2022 14:04
Baxış sayı:
1870

Rusiya ilə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri təxminən 30 950 rus əsgərini, eləcə də 1367 tank, 210 təyyarə və 175 helikopteri məhv edib.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, fevralın 24-dən iyunun 3-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən belədir: 3366 zirehli döyüş maşını, 675 artilleriya sistemi, 95 hava hücumundan müdafiə sistemi, 207 MLRS, 121 qanadlı raket, 535 əməliyyat-taktiki İHA, 13 qayıq/gəmi, 51 ədəd xüsusi texnika, 2329 nəqliyyat vasitəsi, o cümlədən yanacaq daşıyan maşınlar.