31 640 HƏRBÇİ, 1395 TANK, 212 QIRICI TƏYYARƏ… - Rusiyanın Ukraynadakı itkiləri haqda son açıqlama

“Rusiyanın Ukraynaya hücumu başlayandan bəri ukraynalı müdafiəçilər 31500-ə yaxın işğalçını məhv ediblər”.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
Məlumata əsasən, bu səhərədək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən belədir:
Canlı qüvvə - təxminən 31.500 (+140) nəfər,
tanklar - 1393 (+3) ədəd,
zirehli döyüş maşınları - 3429 (+13),
artilleriya sistemləri - 703 (+9),
MLRS - 213 (+6),
hava hücumundan müdafiə sistemləri - 96,
təyyarə - 212,
vertolyotlar - 178 (+1),
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 559 (+6),
qanadlı raketlər - 125,
gəmilər / qayıqlar - 13,
avtomobil avadanlığı və yük maşınları - 2406 (+1),
xüsusi texnika - 53.
"Düşmən ən böyük itkini Slavyansk istiqamətində verib. Məlumat dəqiqləşdirilir", - Baş Qərargahın açıqlamasında deyilir.
Daha əvvəl bildirilib ki, itkilərə görə Rusiya Donbas istiqamətində əlavə resurslar cəlb etməyə çalışır.
Muxalifet.az