​20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

Baxış sayı:
8047

20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.
Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”.