17 Noyabrda İvanaşvilini bitirəcək mitinq baş tutacaq

Baxış sayı:
6985

17 noyabr mitinqi qısa zamanda Bidzina İvanişvilinin hakimiyyətini bitirəcək ümumxalq toplantısı olacaq. Muxalifet.az xəbər verir ki, bu bəyanatı Gürcüstan Vahid Milli Hərəkat Partiyası yayıb. “Oliqarx Bidzina İvanişvili bir daha ölkənin reputasiyasını, Gürcüstan vətəndaşlarının qürurunu tapdaladı. Məhz buna görə Vahid Milli Hərəkat Partiyası digər bütün siyasi partiyalarla İvanişvilinin cinayətkar idarəetməsinə qarşı birləşib”, – deyə bəyanatda bildirilib. Vahid Milli Hərəkat Partiyası bəyan edib ki, hökumət, Mərkəzi Seçki Komissiyası istefaya getməli, keçid hökuməti yaradılmalı və növbədənkənar parlament seçkisi keçirilməlidir. Muxalifet.az