Zəvvarları daşıyan avtobus qəzaya uğradı, 4 ÖLÜ, 14 YARALI VAR

İranlı zəvvarlar Kərbəla şəhərinə gedirmişlər
İraqın Babil mühafəzasındakı Hillə şəhərində zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
"ParsToday" xəbər verir ki, hadisə nəticəsində 4 iranlı zəvvar ölüb, 14 nəfər yaralanıb.
Qeyd edək ki, iranlı zəvvarlar Kərbəla şəhərinə gedirmişlər./"Report"/