​Zurabişvilinin inauqurasiyası Tbilisidə keçirilməyəcək

Baxış sayı:
4894

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin dekabrın 16-sı baş tutacaq inauqurasiya mərasimi Tbilisidə keçirilməyəcək.
Open.az xəbər verir ki, bu barədə "Gürcüstan Onlayn IPN" agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, andiçmə mərasiminin hansı şəhərdə keçiriləcəyi dəqiqləşməyib. İnauqurasiya üçün müxtəlif şəhərlər üzrə müzakirələr aparılır.
Qeyd edək ki, sabiq dövlət başçıları Qeorqi Marqvelaşvili və Mixail Saakaşvilinin inauqurasiyası Gürcüstan parlamentinin Tbilisidəki binasının həyətində keçirilib.