​Zurabişvilinin andiçməsinə Bakıdan kim gedəcək?

Baxış sayı:
4201

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Gürcüstana səfər edəcək.
Report-un xəbərinə görə, parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edəcək.
S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.