​Zurabişvili Bakı ilə əməkdaşlığın əhəmiyyətini anlayır - Səfir

Baxış sayı:
4183

Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur. Əminəm ki, Salome Zurabişvili Gürcüstan Prezidenti olaraq bu münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Bu fikirləri report -a açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan deyib.
Səfir Türkiyənin Gürcüstandakı prezident seçkilərinin dinc şəraitdə keçirilməsini məmnuniyyətlə qarşıladığını bildirib: “Dövlət başçısının qadın və ya kişi olması önəmli deyil, onun səlahiyyətlərindən necə istifadə edəcəyi daha vacibdir. Xanım Zurabişvili təcrübəli diplomatdır və xarici işlər naziri olub. O, Türkiyə-Azərbayca-Gürcüstan üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini anlayır. İnanıram ki, xanım dövlət başçısı səlahiyyətləri çərçivəsində bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək”.