Zümrüd Yağmur prokurorluğa çağırıldı

Tanınmış yazar Zümrüd Yağmur Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
 
  Zümrüd Yağmur bu haqda feysbuk səhifəsində bildirib:
“Bir az əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə Gözəl Bayramlının işi ilə bağlı ifadə verməyə çağırıldım. Saat 5 də orda olmalıyam.  Absurd bir şey, sadəcə vaxt itkisi…”