"Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək” - ƏRDOĞAN

Baxış sayı:
2184

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa birlik-bərbərlik çağırışı edib.

Türkiyə prezidenti rəsmi twitter hesabında belə bir açıqlama yayıb. 

Açıqlamada bildirilir: “Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati mübarizədədir. Nəticələri ən azı 100 il öncəki qədər böyük olacaq bir mübarizədən ölkəmizin və xalqımızın mənafeyini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz fəaliyyətimiz davam edir. 

Tarix boyu işğallara, zülümlərə məruz qalan bu coğrafiyada mübarizəmizdən bir an geri qalsaq, bir an birlik-bərabərliyimizə sahib çıxmasaq, daha böyük itkilər verəcəyik. Bu böyük mübarizə yolumuzda qanlarıyla bu torpaqları bizə vətən edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək”./apa