​Zərərçəkmiş Hacı Qalibin oğlundan ŞİKAYƏTÇİ DEYİL

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib.
Muxalifət.az-ın verdiyi xəbərə görə, prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü deyib.
Məhkəmə noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir.