“Zərrabdan Türkiyəyə qarşı istifadə edəcəklər” - BİZNESMENİN ÜZƏRİNƏ ÇƏKİLƏN QARA PƏRDƏ

Muxalifət.az xəbər verir ki, Türkiyədəki Cumhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, Pza Zərrabın  (əslən Cənubi Azərbaycandandır) mükahiməsini ABŞ-da izləyən Erdal Aksünger deyib: “Bu məhkəmə işi Türkiyəyə zərbə olacaq”.
Aksünger Türkiyədə dərc edilən “Sözcü” qəzetinə açıqlamasında deyib:
İTKİN DEYİL: Zərrab itkin deyil, ifadə vermiş, etiraf eləmiş və şahid qismində mühafizə altına alınmış ola bilər. Vəkillərinin Rza Zərrab ilə görüşməməsi və harada olduğunu bilməməsi mümkün deyil, görüşmürlərsə, bunu Zərrab özü istəmir.
ŞAHİD OLA BİLƏR: Ola bilər ki, məhkəmənin başlanacağı 27 noyabr tarixində Zərrabı şahid qismində ifadə versin. Kənardan prokurorluqla razılaşdığı təsəvvürü yaranır. Baş verənlər 90 faiz bu ehtimalı verir.
AÇIQ MƏNBƏ:  Cinayət işi 2 ildir ki, davam edir. ABŞ məhkəmə sistemində cinayət işindəki məlumatlar açıq mənbə kimi nazirliyin saytına yerləşdirilib. Razılaşma əldə olunan işlərdə əlavə iddialara qarşı müdafiə edilmir. Eyni cinayət işində mühakimə edilən Hakan Atillanın vəkilləri bütün məlumatları paylaşdıqları halda, Zərrabın vəkilləri bu məlumatları paylaşmayıblar. Zərrabın üzərinə qara  pərdə çəkilir.
FƏTÖ MANİPULYASİYASI: Niyə Zərraba göstərilən münasibət Xalq Bankına, Hakan Atillaya göstərilmir? Burada Türkiyəni məhkum eləmək istəyirlər. FƏTÖ-nün manipulyasiyası var. Bəzi adlar seçilərək dosyadan çıxarılıb. Bu cinayət işindən Türkiyəyə qarşı dəyənək kimi istifadə eləmək istəyirlər”.
 
ABŞ mətbuatı: Zərrab etirafçı oldu
Rza Zərrabın prokurorla əməkdaşlığa başladığı irəli sürülür.
ABŞ-ın NBC mətbuat orqanının internet saytında yerləşən xəbərdə, İran və Türkiyə vətəndaşı olan və Nyu-Yorkda mükahimə edilən biznesmen Rza Zərrabın prokurorluqla əməkdaşlığa başladığı iddia edilib. Sayt, istintaqla bağlı məlumat sahibi olan iki mənbəyə istinad etdiyini bildirib. Xəbərdə Zərrabın həbsdən azad edildiyi və prokurorluqla görüşlərə başladığı deyilib. NBC-nin xəbərində deyilir: “Prokurorluq Zərrabdan Türkiyə hökuməti ilə vəzifəsindən azad edilən milli təhlükəsizlik müşaviri Maykl Flayn arasındakı əlaqəyə dair məlumat tələb edib”.