​Zərif Sərkisyanla görüş üçün İrəvana gedir

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Ermənistana gedəcək.
Bu barədə informasiyanı “Azadlıq radiosu”nun Ermənistan bölməsi yayıb. Zərif İrəvanda Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşəcək.
Qeyd edək ki, Zərifdən öncə Ermənistana Rusiya Xarici İşlər naziri Sergey Lavrov səfər etmişdi./axar/