Zərif Moskvada ABŞ-a GÖZDAĞI verdi: "Dollar..."

Baxış sayı:
11590

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovun qonağı olub.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, görüşdən sonra ortaq mətbuat konfransı baş tutub.
Lavrov həm Rusiya, həm də İranın rəsmi Tehranın xarici iqtisadi münasibətlərini əngəlləmək məqsədi daşıyan təktərəfli və qanundankənar ABŞ sanksiyalarından mənfi təsir gördüyünü diqqətə çatdırıb. “İranla olan ticarət və iqtisadi layihələrin qorunmasını, dollarla ödəmə kanallarından müstəqil hərəkət edilməsini ehtiva edən tədbirlərin genişlərndirilməsi üçün əlavə tədbirlər görməyi planlaşdırdıq” – Lavrov qeyd edib.
Rusiya XİN başçısı Moskva və Tehranın Hərtərəfli Birgə Fəaliyyət Planına (JCPOA) sadiq qaldığını dilə gətirib: “ABŞ bəzi regional müttəfiqləri ilə açıq şəkildə İranı qıcıqlandırmağa çalışır. Nüvə sazişindən ABŞ İrandan razılaşmadakı bütün öhdəliklərini yerinə yetirməsini istəyir. Razılaşma mənfəətlər, öhdəliklər və uzlaşmalar baxımından həssas balansa sahibdir. Razılaşma bölmələrə ayrıla bilməz. Bir bölmə tətbiq edilərkən digərinin yerinə yetirilməməsi müzakirə mövzusu belə deyil”.