Zərdabın Maliyyə İdarəsinin rəisi haqda ŞOK İDDİA - Sakit Məmmədov cinayət yoluyla dövlətin pulunu mənimsəyir, Namiq Süleymanov isə..."

Baxış sayı:
9835

Zərdab şəhər M.Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızı vasitəsilə pezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Cənab Prezident! Mən Zərdab şəhərində yaşayan Mirzəyev Rövşən Cəfər oğlu, yazıb sizə bildirirəm ki, Zərdab rayon Maliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu cinayət yoluyla dövlətin əmlakını mənimsəyir. Özbaşınalıq edərək Sakit Məmmədova bu işdə havadarlıq edən Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur. Hörmətli Prezident! Siz son müşavirədə dediniz ki, cinayət yoluyla dövlətin pulunu mənimsəyənlərə, oğurlayanlara qarşı çox ciddi tədbirlər görülməlidir. Onu da bildirim ki, Sakit Məmmədov konkret olaraq cinayət yoluyla dövlətin pulunu mənimsəyir, Namiq Süleymanov da Sakitin bu cinayətlərini gizlətmək üçün sizə yalan arayışlar verir. Zərdab rayon Maliyyə İdarəsinin rəis vəzifəsini icra edən Sakit Məmmədovun bu cinayətlərinin cəzasız qalmaması üçün, sizdən xahiş edirəm ki, bunun qarşısını alasınız”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.