​“Zorakılqla hakimiyyət dəyişikliyinə cəhd yolverilməzdir”

“Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”.
Hurriyyet.org xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı bildirib.
A.Hacılı hesab edir ki, qardaş Türkiyədə ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir:
“Hədəflərinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və islam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverilməzliyi prinsipi birmənalı dəstəklənməlidir”.