​Zöhram Mnatsakanyan: ““Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb”

Baxış sayı:
226

Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin XİN başçılarının görüşündən əvvəl jurnalistlərə müsahibə verib.
Muxalifet.az xəbər verir ki, erməni diplomat bildirib ki, Ermənistanda yeni hökumət hakimiyyətə gəldikdən sonraDağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb.
Mən bu il Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla iki dəfə - iyul və sentyabr aylarında görüşmüşəm”, - deyə Mnatsakanyan bildirib.
Erməni nazir qeyd edib ki, dinamika olduğu kimi qalacaq. Eyni zamanda tezliklə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.