Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə - VİDEO

Baxış sayı:
8068

"Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib. Sevinə, gülə bilmirəm. Qəh-qəhəm, sevincim onla getdi. dünya gözümdə bir qarışqadır. Nəfəs alıram, yaşamıram".
Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan "Bizimləsən" verilişində deyib. Oğlunu itirəndən sonra ilk dəfə efirə çıxan müğənni kədərli günlərindən danışıb:
"Fələyin zərbəsi bizə qəfil dəydi. Səhnəni də, oğlumu da itirdim. İkisiylə də yaşayırdım. Hərdən elə bilirəm yaşayır, hardansa mənə baxır. Oğlum oxumağımı sevirdi. Çox zarafatçıl idi, heç kimin xətrinə dəyməzdi".//Axşam