Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı - ERMƏNİ MEDİASINDAN AÇIQLAMA

Baxış sayı:
1222

Sünik bölgəsində (tarixi adı Zəngəzur -red) yerləşən Şurnux kəndi Azərbaycanın nəzarətinə keçir.

Sputnik Ermənistan" bildirir ki, bu barədə kəndin icma başçısı Akob Arşakyan “Facebook” hesabında bildirib.

"Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar", - o, əlavə edib.

Arşakyan bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il tarixli xəritəsinə istinad edildiyini vurğulayıb.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir./virtualaz