​“Zəngəzur” sənədli filminin təqdimatı olacaq

Baxış sayı:
1834

Dekabrın 26-da, saat 15:00-da “Holiday Inn Baku Hotel”də “Zəngəzur” sənədli filminin təqdimat mərasimi olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə, həmçinin, “Qubadlı - virtual səyahət” 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.