​Zəngin su qanyaqları uğrunda savaş – “İSTƏNİLƏN SSENARİYƏ HAZIRIQ”

Baxış sayı:
5914

İsrail ordusu Suriyada istənilən ssenariyə hazırdır.
Bu haqda İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.
Qolan təpələrində hərbi qüvvələri ziyarət edən Liberman Suriyadakı son prosesləri qiymətləndirib. Suriyanın böyük bir quru ordusu qurduğunu və bu ordunun ötən illərlə müqayisədə daha da gücləndiyini deyən israilli nazir bütün prosesləri izlədiyini və hər bir ssenariyə hazır olduqlarını deyib.
Qeyd edək ki, Qolan təpələri Suriyanın cənubi-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilərdir. Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var.
Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş “altı günlük müharibə” zamanı İsrail tərəfindən tutulub. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.