​Zəlzələylə bağlı veriləcək sığortanın məbləği açıqlandı

Baxış sayı:
17635

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.
Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
"Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.