Zəlzələdən zərər çəkənlərə İLK YARDIM TÜRKİYƏDƏN GƏLDİ

İraqda baş verən 7,2 bal gücündəki zəlzələdən sonra Ərbil şəhərindəki Türkiyə Qızıl Aypara Cəmiyyəti hərəkətə keçib.
Muxalifət.az xəbər verir ki, cəmiyyətin müdiri Kərəm Kınık Türkiyədən də bir yardım qrupunun yola çıxdığını bildirib.
Humanitar yardımlar çərçivəsində ilk mərhələdə 1000 ədəd çadır zərər çəkən bölgəyə göndərilib. Yardımların gün ərzində davam etdiriləcəyi bildirilib.