​Zəlzələ qurbanlarının sayı 387-yə çatdı

Baxış sayı:
1732

İndoneziyada baş vermiş 7 ballıq zəlzələdə ölənlərin sayı artıb.
Muxalifet.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 387-yə çatıb.
Ölkənin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün Milli Şurası ölənlərin sayının daha da artacağını bildirib.
Bunun səbəbinin isə dağıntılar altında hələ də cəsədlərin olması ilə əlaqədar olduğu qeyd edilir.