Zəlzələ nəticəsində dağılan evlərin sayı artdı - Rəsmi

Baxış sayı:
8227

Şamaxı şəhərində baş verən zəlzələ nəticəsində rayon ərazisində dağıntıların qeydə alındığı evlərin sayı artıb.
Bu barədə Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərdə araşdırmalar davam edir: "İcra başçısı və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri hələ də ərazilərdədir. İlkin məlumata görə, Şamaxının kəndlərində 25, rayon mərkəzində isə 17 evdə dağıntılar baş verdiyi deyilsə də, uçulan evlərin sayının daha çox olması ehtimal edilir. Çünki hələ də İcra Hakimiyyətinə gəlib evlərində dağıntıların olduğunu deyənlər var. Həmin şəxslərin mənzilləri qeydiyyata alınır və baxış keçirilir. Hələlik zəlzələdən zərər çəkən evlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur".