Zəlzələ məktəb binalarına ziyan vurdu

Baxış sayı:
6259

Dünən baş verən zəlzələ bəzi rayonlarda məktəb binalarında çatlar əmələ gətirib.
Bu barədə Muxalifet.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.