Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasının şok səbəbi...

Əli Babayev: ““Borçalı” Cəmiyyəti sədrinin ətrafında Suriya və ərəb ölkələrindəki qrupların nümayəndələri var”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması səbəbinin bir detalı da bəlli olub. Bu haqda Muxalifet.az saytına açıqlama verən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, “Gürcü Arzusu” Koalisiyasının Siyasi Şurasının üzvü Əli Babayev açıqlama verib.

“Hazırda Gürcüstanda çox gərgin proseslər gedir. Suriya və ərəb ölkələrində baş verən proseslər bizim ölkəyə təsirsiz ötüşmür. Gürcüstanda çox ciddi narahatlıq var ki, həmin qüvvələr bu ölkəyə də ayaq aça bilər. Ona görə də məndə olan informasiyaya görə, “Elat Bayramı”nda və Cəmiyyətin rəhbərliyinin o tədbirə apardığı insanlar arsında həmin qrupun nümayəndələri vardı. Gürcüstan hakimiyyəti “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin yox, elə adamların ölkəyə gəlməsini qadağan edib. Digər tərəfdən, Zəlimxan Məmmədli yaxşı fikirləşsin ki, niyə Gürcüstana qoymurlar. Bunun səbəbini özü bilər”.

Əli Babayev “Borçalı” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən açıqlamalar da verib: “Mənim Gürcüstan azərbaycanlılarının Azərbaycandakı təşkilatlarının nə vaxt fəaliyyət göstərdiyi yadımdan çıxıb. Mən bilirdim ki, vaxtilə “Borçalı” Cəmiyyəti vardı. Hansı ki, Gürcüstanda yaşayan azərbaycanlıların hər bir problemi ilə, məsələn, torpaq, məktəb, kənd adları və s. problemlərlə maraqlanır, öz münasibətini bildirirdi. İndiki “Borçalı” Cəmiyyəti, hansı ki, Zəlimxan Məmmədli rəhbərlik edir, onun populist çıxışlarından başqa heç nə eşitməmişik. Bir də ildə bir dəfə gəlib Dmanisidə “Elat günü” keçirir, o zibilxananı da orda qoyub çıxıb gəlir. Üstəlik, keçmiş Gürcüstan hakimiyytinə yaltaqlıq mövqeyi... Hansı ki, 2013-ci il sentyarın 25-də bəyanat verərək Saakaşviliyə dəstək verir, oktyabrın 3-də də İvanişviliyə təbrik yollayır. Bu siyasət bizə əl verməz. Biz istəyərdik ki, Gürcüstan azərbaycanlılarının lobbisi burda bir olsun, fəaliyyət göstərsin. Gürüstanda olan hər bir prosesi izləsin və bizə dəstək olsun. Gürüstanı öz vətənləri bilərək separatçı mövqe yox, yaxşı mövqedən çıxış etsin. Yoxsa müxtəlif cür maxinasiyalarla məşğul olan birliyi biz tanımamışıq, nə də tanımayacağıq”.

Muxalifet.az