​Ziyafət Əsgərov MTN olayından danışdı

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
MTN ətrafında baş verən olayla əlaqədar hüquq-mühafizə orqanlarında iş getdiyini bildirən viste-spiker qeyd edib ki, baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz: “Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.(azvision.az)