​Ziyad Səmədzadədən ikibaşlı açıqlama… - MANAT DAHA 2 DƏFƏ “ÖLƏCƏK”?

“Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, - deyə Z.Səmədzadə qeyd edib.
Qeyd edək ki, Z.Səmədzadənin bu açıqlaması ekspertlər tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrdə belə fikirlər paylaşılır ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri manatın gələn ilə kimi daha 2 dəfə “öləcəyinə” işarə vurur…

Muxalifet.az