​Ziya Məmmədov niyə prezidentin yanında görünmür?

Baxış sayı:
390

Ziya Məmmədov niyə prezidentin yanında görünmür? Noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Tədbirdə yenə də nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Nəqliyyat nazirliyindən yalnız “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov iştirak edib.
Nəqliyyat nazirinin bu dəfə nə səbəbdən yeni yol açılışında iştirak etməməsinin səbəbi bilinmir. Bunun səbəbini Nəqliyyat Nazirliyində də bilən yoxdur. Saytın reportyoru Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan soruşub.
“Ziya Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini bilmirəm. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, – deyə Namiq Həsənov bildirib.
Qeyd edək ki, ötən ay da yol açılışında nazir Ziya Məmmədov iştirak etmirdi. O zaman qurum bunun səbəbini nazirin məzuniyyətdə olması ilə əsaslandırdı.

Püranə Piripudini