​Ziya Məmmədov: “Evdəyəm, daha nə danışım, hər şey aydındır...”

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov hazırda evindədir və barəsində gəzən ən müxtəlif şaiyələrə münasibət bildirmək istəmir.
“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur” –keçmiş nazir “Yeni Müsavat”a bildirib.