​"Zirə" uğursuzluğa son qoydu: "Qəbələ" finalçıya qarşı

Baxış sayı:
3463

Mayın 5-də futbol üzrə Topaz Premyer Liqassının XXVI turunda “Səbail” komandası “Zirə”ni qəbul edib.
Muxalifet.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən qarşılaşmada “Zirə” 1:0 hesabı ilə qalib qəlib. Oyunda yeganə qolu matçın 16-cı dəqiqəsində Müşfiq İlyasov vurub. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç “Zirə”nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra zirəlilər 38 xalla dördüncü pillədəki yerlərini qoruyublar, “Səbail” isə 23 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında “Qəbələ” klubu doğma meydanda “Keşlə” ilə qarşılaşır.
Tura mayın 6-da oynanılacaq “Qarabağ”-“Neftçi” görüşü ilə yekun vurulacaq.