​Zimbabvenin sabiq vitse-prezidenti hakimiyyəti idarə etmək üçün ölkəyə qayıdıb

Zimbabvenin vəzifəsindən uzaqlaşdırılan vitse-prezidenti Emmerson Mnanqaqva hökuməti idarə etmək üçün paytaxt Harareyə qayıdıb.
Muxalifət.az Rusiya saytlarına istinadən xəbər verir ki, Zimbabvenin 93 yaşlı rəhbəri Muqabe noyabrın əvvəlində dövlət başçılığına yeganə varis sayılan Mnanqaqvanı tutduğu görəvdən uzaqlaşdırmışdı. Onun vəzifədən getdikdən sonra Cənubi Afrikaya yerləşdiyi bildirilir.
Xatırladaq ki, səhər xarici mətbuat Zimbabvenin prezident Robert Muqabenin girov götürüldüyünü, eyni zamanda zirehli texnikanın Hararedəki hərbi hissədən çıxarıldığı haqda xəbərlər yaymışdı.
Təsdiqlənməyən mənbələrə görə, hərbçilər mərkəzi televiziyanı ələ keçirib, paytaxtda partlayış səsləri eşidilib. Daha sonra hərbçilər açıqlayıblar ki, onların məqsədi prezient Muqabeni iqtidardan devirmək deyil, ətrafındakı cinayət şəbəkələrini çökdürməkdir.
Mnanqaqva müstəqil Zimbabvenin birinci hökümətində ölkənin təhlükəsizlik naziri görəvini yerinə yetirib. 2014-0cü ildə isə vitse-prezident postuna təyin olunub. Elə o zaman da iqtidar partiyasında varislik məsələsində iki qrupa parçalanma baş verib. Bir hissə “timsah” ləqəbli sabiq naziri, digərləri isə prezidentin xanımı Qreys Muqabeni dəstəkləyirdi.
Gün ərzində yayılan xəbərlərdə o da bildirilir ki, Muqabe həyat yoldaşının ölkədən çıxmasına imkan verilməsi üçün hərbçilərlə razılığa gələ bilib. Britaniyanın “Sky News” kanalı isə birinci ledinin artıq Namibiyaya qaçdığını bildirir.