Zimbabvedə hərbi çevriliş, prezident girov götürüldü - FOTO/VİDEO (YENİLƏNİB)

Zimbabvedə “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçirən hərbçilər daha sonra ölkə prezidenti Robert Muqabanı əsir götürüblər.

Muxalifet.az xəbər verir ki, xarici KİV dövlət çevrilişini inkar etsə də, artıq Zimbabvedə hərbçilər hakimiyyəti istefaya göndəriblər.
Məlumatda qeyd edilir ki, hərbçilərin istefa istəyini qəbul edən R.Muqaba həyat yoldaşı Qreys Muqabanın ölkədən çıxmasına icazə vermələrini tələb edib.
Ordu ilə razılaşma əldə edən R.Muqaba hazırda girov olaraq saxlanılır.
Cari ilin noyabr ayının əvvəllərində 93 yaşlı prezident R.Muqaba öz müavini Emmerson Mnanqaqvanı vəzifəsindən azad etmişdi. O, ordunun da dəstəklədiyi dövlət başçısını əvəz edə biləcək ən ideal namizəd idi.

***

Zimbabvedə hərbçilər “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçirib.

Muxalifet.az xəbər verir ki, hərbçilər binaya daxil olaraq efirin yayımı dayandırıb, bir neçə televiziya işçisini döyüblər. Binaya giriş-çıxış tamamilə hərbiçilərin nəzarətinə keçib.
Ölkənin paytaxtı Xararedə baş verən hadisənin dövlət çevrilişinə cəhd ola biləcəyi qeyd edilir.
Mətbuatda gedən xəbərə görə, bölgədə yaxınlığındakı hərbi hissədən paytaxt istiqamətinə zirehli tanklar hərəkətə başlayıb. Xarici telekanallarda isə çevriliş cəhdi inkar edilərək, hərbçilərin ölkədə cinayətkar dəstələrə qarşı xüsusi əməliyyatlar keçirildiyi deyilib.
Dövlər telekanalının yaxınlığında hərbçilər tərəfindən blokpostlar qurulub. Eyni zamanda, Prezident Sarayı ətrafında da nəzarət ələ keçirilib.